Türkiyə hökuməti son faciəli hadisələrdən sonra sərbəst silah sahibi olmağı məhdudlaşdıracaq və məktəblərin təhlükəsizliyini gücləndirəcək.
Prezident Ərdoğan nazirlər kabinetinin iclasından sonra bu məsələ ilə bağlı nə indi, nə də gələcəkdə heç bir güzəştə getməyəcəyini açıqlayıb. O, əlavə edib ki, ölkə hakimiyyəti "virtual patrulları" gücləndirmək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanlarını artırmaq niyyətindədir.
Stopnarkotik.az