Türkiyədə məşhurlara qarşı NARKOTİK ƏMƏLİYYATI: saxlanılanlar arasında Hadisə, İrem Derici də var - YENİLƏNİB

İstanbul polisi bu gün səhər saatlarında əməliyyat keçirib, bir sıra məşhur müğənni, aktyor və aktrisalar saxlanılıb.

Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat, Engin Polat, Simge Sağın kimi məşhurlardır.

İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verilib.

***09:15

Türkiyəli məşhur müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham edilərək saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı sənətçi İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində jandarma qrupları tərəfindən saxlanılıb.