Türkiyənin daxili işlər naziri Ali Yerlikaya cümə günü, avqustun 23-də ölkənin 17 vilayətini əhatə edən növbəti antiterror əməliyyatının başa çatdığını elan edib.
Stopnarkotik.az xəbər verir ki, nazirin sosial şəbəkələrdəki paylaşımında deyilir ki, “GÜRZ-9” kod adlı əməliyyat beş gün davam edib və hüquq-mühafizə orqanları əməkdaşlarının bütün hərəkətləri Ankaranın Mərkəzi Təhlükəsizlik İdarəsi tərəfindən koordinasiya olunub.
Antiterror əməliyyatı İstanbul, Ankara, Malatya və Sivas kimi böyük vilayətləri də əhatə edib.
“Ümumilikdə, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 65 nəfər barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar veriləcək”, -deyə Yerlikaya bildirib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri terrorizmin təzahürləri ilə bundan sonra da mübarizə aparmaq əzmində olduğunu vurğulayıb.