Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyatları davam edir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriyanın şimalındakı Barış bulağı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Türkiyə Silahlı Qüvvələri bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına layiq olduqları şəkildə müdaxilə edir”, - deyə məlumatda bildirilir.