"TƏRTƏR İŞİ": 6 ilə yaxın həbsdən sonra bəraət verildi - 161 min manat təzminat alacaq

“Tərtər işi” üzrə bağlı bəraət almış gizir Məcid Qasımov maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Stopnarkotik.az “qafqazinfo”ya istinafən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi iddia tələbini qismən təmin edib.

Qərara əsasən, M.Qasımova həbsdə qaldığı 5 il 7 aya görə ümumilikdə 161 min 754 manat (maddi ziyana görə 61.254 manat, mənəvi ziyana görə 100 min 500 manat) təzminat kəsilib.

Vəsait Maliyyə Nazirliyi vasitəsilə iddiaçıya ödənilməlidir.

Qeyd edək ki, Məcid Qasımov 2017-ci ildə həbs edilib. Tərtər Rayon Məhkəməsinin hökmü ilə ona 10 il müddətinə həbs cəzası təyin edilib. İş üzrə istintaq yeniləndikdən sonra - 2022-ci ildə M.Qasımova bəraət verilib.