Donald Tramp prezident seçkilərində kifayət qədər seçicic səsi toplayıb. Tramp 10 seçici səsi olan Viskonsin ştatında qalıb gəlib. Beləliklə, respublikaçı namizəd lazım olan 270 səsə qarşı 277 səs toplayaraq yarışı qalib bitirib.
Trampın demokrat rəqibi Kamala Harrisin cəmi 226 seçici səsi var. Namizəd qalib gəlmək üçün ümumi 538 səsdən ən azı 270 səs toplamalı idi.
Yaxın dəqiqələrdə Donald Trampın "Palm Beach"də tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir.
***09:46
Donald Trampın tərəfdarları artıq ABŞ-də keçirilən seçkidə öz namizədinin qələbəsini qeyd etməyə başlayıblar. Baxmayaraq ki, hələ ABŞ seçkilərinin taleyini həll edən 7 “yellənən” ştatda nəticələr tam məlum deyil. Lakin hadisələrin gedişi bu ştatlarda Trampın üstün olduğunu göstərir.
Bir müddət əvvəl həlledici ştat sayılan Pensilvaniyada səslərin hesablanması zamanı Donald Trampın liderliyi ələ keçirdiyi qeydə alınıb. CNN-in məlumatına görə, bülletenlərin 45%-nin hesablanmasının nəticələrinə əsasən, Tramp bu ştatda 50,1%, Harris 49% səs toplayır.
Digər “yellənən” beş ştatdan dördündə ilkin nəticələrə görə, Tramp öndədir. Belə ki, Corciyada səslərin 84%-i sayılandan sonra Tramp 52%, Harris 47% qazanıb.
Şimali Karolinada səslərin 70%-i hesablanandan sonra Tramp 52%, Harris 47% qazanıb.
Viskonsində səslərin 42%-i sayılandan sonra Tramp 51%, Harris 48% qazanıb.
Arizonada səslərin 40%-i sayılandan sonra Tramp 50,1%, Harris 49,1% qazanıb.
Miçiqanda səslərin 18%-i sayılıb, Harris 50%, Tramp 48% qazanıb.
Bu arada “The New York Times” yenicə dərc etdiyi xəbərdə qeyd edib ki, Donald Tramp yeddi “yellənən” ştatdan altısında liderdir. “Amerikanın səsi” isə birmənalı olaraq, Trampın Şimali Karolinada qalib gəldiyini elan edib. Bu ştat olduqca önəmlidir və buradan qazanılan 16 seçici səsi seçkinin taleyində həlledici ola bilər. Yalnız Pensilvaniyada hələ liderin tam müəyyənləşmədiyi bildirilir.
“CNN” müxbirləri Harrisin seçki qərargahında "sükut olduğunu” qeyd edirlər.
“The New York Times” ilkin nəticələrə və “exit-poll”lara əsaslanaraq Donald Trampın prezident seçkilərində qalib gəlmək şansının 86% olduğunu proqnozlaşdırır. Nəşrin hesablamalarına görə, o, 250-dən 335-ə qədər (orta hesabla 297), rəqibi Kamala Harris isə 203-dən 288-ə qədər (orta hesabla 241) seçicinin dəstəyini alacaq.
Bukmeyker kontorları da Trampa çox böyük üstünlük verir. Onlar Harrisə demək olar ki, qələbə şansı tanımırlar. Son məlumatlara görə, ən böyük bukmeyker kontorları onun udma ehtimalını 5-7% qiymətləndirirlər.
Respublikaçılar seçkilərin son nəticələrinə görə ABŞ Senatında da üstünıük əldə edirlər. İlkin nəticələr göstərir ki, onlar Senatda ən azı 50 yer qazanacaqlar. Demokratlar isə 42 yerə malik olacaqlar. Hansı ki, bundan öncə Senatdakı 100 yerdən 49-u Respublikaçıların, 51-i Demokratların idi./azpolitika.info