Toyda kütləvi zəhərlənmə - 34 nəfər xəstəxanalıq oldu / YENİLƏNİB

Ağcabədi rayonu Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub. Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək.

***09:26

Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.

Stopnarkotik.az xəbər verir ki, hadisə iyulun 9-da rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 nəfərə ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.