“Tost” maliyyə pramidası ilə bağlı araşdırma başladı - DİN-dən AÇIQLAMA

“Tost” maliyyə pramidası ilə bağlı araşdırma başlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"İnternet resurslarında “Tost” maliyyə pramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - məlumatda vurğulanıb.