Sumqayıtda “Kalaşnikov” avtomatı tapıldı

Sumqayıt şəhərində silah-sursat aşkar edilib.

Stopnarkotik.az xəbər  verir ki, hadisə şəhərin 42-ci məhəlləsində qeydə alınıb.

Ərazidən 1 ədəd “AK 74” markalı “Kalaşnikov” avtomatı və həmin avtomata məxsus 1 ədəd daraq aşkar olunub.

Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.