Sumqayıtda xəstəxana binasından yıxılan şəxs ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə iyulun 17-də 40-cı məhəllədə yerləşən 1 saylı polklinikada qeydə alınıb.
Cavid Məmmədov polklinika binasının 2-ci mərtəbəsindən yıxılaraq, xəsarət alıb. O, aldığı müalicələrə baxmayaraq, ayın 25-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.