Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
Qeyd olunub ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.
***10:45
Dünən Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə saat 12:30-da insident baş verib. 14 yaşlı uşağın sinif yoldaşı tərəfindən döyüldüyü iddia olunur. Xəsarət alan uşağın durumu ilə bağlı açıqlama verilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Oxu.az”ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub:
"Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir".