Şəkidə bədbəxt hadisə baş verib.
Rayonun Baş Zəyzid kənd sakini, 1990-cu il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu saat 20:00 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.
Nəticədə şüşə onun qolunu kəsib.
P.Babayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.