Səudiyyə Ərəbistanının "Vergi və Gömrük İdarəsi" İordaniya sərhədində yarım milyon "kaptaqon" tabletini qaçaqmalçılıq yolu ilə keçirmək cəhdinin qarşısını alıb. Stopnarkotik.az bu barədə İsrailin "Nziv.net" saytına istiinadla bildirir.
Qurum mətbuata verdiyi açıqlamada bildirilirb ki, “ilk narkotik partiyası İordaniya ilə Hadita sərhəd-keçid məntəqəsində aşkar edilib, burada bu məqsədlə xüsusi hazırlanmış anbarda yük maşınlarından birində gizlədilmiş 466 mindən çox kaptaqon qranulları tapılıb.
Səudiyyə rəsmiləri tərəfindən qarşısı alınan ikinci partiya yük maşınlarından birinin içərisində döşəmədə gizlədilib və burada 100.000-dən çox kaptaqon qranulları aşkar edilib.
Bu, Səudiyyə rəsmilərinin təxminən bir ay ərzində ələ keçirdiyi beşinci narkotik partiyasıdır və ekspertlər hesab edirlər ki, bu tədarük narkotik ticarətindən əsas gəlir mənbəyi kimi istifadə edən Əsəd rejiminin nəzarətindəki bölgələrdən gəlir.
Stopnarkotik.az