“Sputnik Azərbaycan” işinə görə daha 5 nəfər saxlanıldı - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, onlardan 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu arada, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rəsmi Bakı ilə "Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları məsələsini müzakirə etməyi planlaşdırırıq.

"Ümid edirik ki, ən yaxın zamanda Azərbaycan tərəfi ilə birbaşa əlaqələr zamanı onların azad edilməsinə nail ola biləcəyik", - o qeyd edib.

***

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, trend-in məlumatına görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.