Son dəqiqə: Penitensiar Xidmətin rəisi vəzifəsindən azad olundu – CEYHUN HƏSƏNOVU BU ŞƏXS ƏVƏZLƏDİ… / FOTO

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Mirsaleh Seyidov

Stopnarkotik.az