ŞOK ƏMƏLİYYAT: 57, 5 kq narkotik ələ keçdi, 29 nəfər saxlanıldı + AUDİO

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 57,5 kiloqrama yaxın narkotik vasitə və 802 ədəd güclü təsiredici xassəyə malik həb də aşkar olunaraq götürülüb.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 6-da ümumi çəkisi 57,5 kiloqrama yaxın narkotik vasitə və 802 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.