Şəmkirdə 87 yaşlı kişi özünü asdı

Şəmkir rayonunda 87 yaşlı kişi özünü asaraq intihar edib.

Hadisə rayonun Qapanlı kəndində olub.

Rusiya vətəndaşı, əslən Şəmkir rayon Qapanlı kəndindən olan 1936-cı il təvəllüdlü Həsənov Sahib Əli oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

O, tək yaşayırmış. İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report