Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çaparlı kənd sakini Valeh Hüseynovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 41 kq 800 qram olan 150 ədəd çətənə kolu aşkar edilib.
Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Qədimqala kənd sakini Namiq Şirinovun yaşadığı evdən ümumi çəkisi 3 kq 300 qram olan 20 ədəd xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Orxan Sərdarovun polis bölməsində üzərinə baxış zamanı isə bir ədəd sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.