Şəmkirdə 32 yaşlı kişi bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb.

Bıçaqlanan şəxs, 1991-ci il təvəllüdlü Nahid Qələndərov xəstəxanaya yerləşdirilib. 32 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.