Şəmkir sakinlərindən tüfənglər götürüldü

Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 17 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Qeyd edək ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin ötən dövründə 82 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.