Siyəzən rayonunda gənc oğlan itkin düşüb.
Stopnarkotik.az xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.
Siyəzən RPŞ-yə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu Mahmud Kamal oğlu Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.
Müraciətlə bağlı araşdırma aparılır.