Cəlilabadda Şəhidlər Xiyabanının qarşısında söyüş söyən həbs olunub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Qurtuluş prospektində yerləşən Şəhidlər Xiyabanında qeydə alınıb.
38 yaşlı rayon sakini Abuzər Talıbov (ad və soyad şərtidir) sərxoş halda xiyabanın qarşısında uca səslə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib əməlini dayandırmasını tələb etsələr də, Abuzər onların qanuni tələbinə məhəl qoymayıb. Buna görə də o saxlanılıb və barəsində protokol tərtib olunub.
Abuzər Talıbov ifadəsində peşman olduğunu və bir daha hallara yol verməyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.