Salyanda fəhlənin elektrik cərəyanı vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Salyan Elektrik Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.