Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananlar var.
Məlumatına görə, olay yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.
Qəza nəticəsində həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.
1974-cü il təvəllüdlü Yaqut Gülbala qızı Nəsirova, 1964-cü il təvəllüdlü Şahin Mirzəbala oğlu Əliyev, 1995-ci il təvəllüdlü Amil Tapdıq oğlu Musazadə və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.