Salome Zurabişvili Mixail Saakaşviliyə elektron qolbaq taxmağı təklif edib. Stopnarkotik.az bildirir ki, Gürcüstan prezidenti Fransa mətbuatına müsahibəsində səhhətinin vəziyyəti nəzərə alınmaqla Saakaşviliyə qarşı alternativ cəza növü tətbiq oluna biləcəyini təklif edib.
“Mən ölkənin imicinə dəyən ziyandan narahatam. Amnistiya əslində bu məsələdə zərəri aradan qaldıracaq məsələ deyil.
Düşünürəm ki, Saakaşviliyə dünyada digər məhkum edilmiş prezidentlərlə göstərilən münasibət göstərilməlidir... Elektron qolbaqlar və digər vasitələr var ki, onlar Aİ-yə daxil olmaq istəyən ölkədən gözləntilərə daha çox uyğun gəlir.
Zurabişvilinin prezident kimi malik olduğu əfv etmək hüququ məsələsinə gəlincə, o qeyd edib ki, bu konkret halda məsələ “konkret hüquqi şərtlərlə məhdudlaşır”, deyə “Netqazeti” yazır.
Stopnarkotik.az