Sahilyanı əraziləri zibilliyən 15 nəfər cərimələndi

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, paytaxtın Xəzər, Binəqədi, Qaradağ və Səbail rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 15 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.

Bir daha diqqətə çatdırırıq ki, qeyd olunan profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.