Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.
Stopnarkotik.az xəbər verir ki, iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib.
Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
***09:04
Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.
Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.