Sabirabadda evə hücumla bağlı cinayət işi açılıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.
Məlumata görə, Sabirabad rayon sakini M.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək gecə saatlarında keçmiş kürəkəni D.Mehdiyevin onların yaşadığı ünvana gəlməsi, evin qarşısında saxladığı "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salması, eləcə də ona və bacısına təhqir edərək xəsarət yetirməsi barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş D.Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
***10:58
Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hücum edib.
Hadisə Sabirabad şəhərində baş verib. Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu apa-ya bildirib ki, gecə saat 00.30 radələrində keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salıb. İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib.
Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.