Saakaşvili: Əliyevin Ermənistandan keçən tranzit marşrutu açıqlaması Gürcüstanın əldə etdiyi hər şeyi sarsıdır

Azərbaycan Prezidenti İlham Əliyevin regionda yeni tranzit dəhlizi yaratmaq və Ermənistanla Azərbaycan arasında birbaşa daşımaların işə salınması planlarını açıqlaması Gürcüstanı son dərəcə çətin geosiyasi çıxılmaz vəziyyətə salır.

Stopnarkotik.az xəbər verir ki, bu fikri keçmiş Gürcüstan prezidenti Mixeil SaakaşviliFacebook səhifəsindən paylaşıb.

"İlham Əliyevin bu gün tranzit marşrutunun Gürcüstandan, sabah isə Ermənistandan keçəcəyi barədə açıqlaması 1990-cı və 2000-ci illərdə bir ölkə olaraq əldə etdiyimiz hər şeyi məhv edir. Gürcüstan özünü son dərəcə çətin geosiyasi çıxılmaz vəziyyətdə salıb və bu, tezliklə ya müstəqil dövlət kimi ləğv olunmağımızla, ya da İvanişvilinin mafiya başçısının caynağından azad olmağımızla və ölkənin sürətli inkişaf yoluna qayıtması ilə başa çatacaq", Saakaşvili Facebook-da yazıb.

Stopnarkotik.az