Rusiyada ən böyük qatil dəstəsi həbsxanaya gedib. Onlar siyasətçiləri, iş adamlarını və təhlükəsizlik işçilərini öldürüblər.
Stopnarkotik.az bildirir ki, başında Aslan Qaqiyevin durduğu dəstənin 12 üzvünə hökm oxunub. Dəstənin hesabında 60-dan çox sifarişli qətl var. Onlardan ikisi - Ruslan Yurtov və İnal Zaseyev ömürlük həbs cəzasına məhkum ediliblər.
Məsələn, Zaseev Şimali Osetiya Daxili İşlər Nazirliyinin iki rəhbərini, eləcə də onların oğullarından birini öldürüb. O, həmçinin daha 13 qətl törədib və həmkarlarının qətlini araşdıran polis polkovnik-leytenantının həyatına son qoymağa cəhd edib.
Stopnarkotik.az