Rusiya və Çin hərbi donanmasını ABŞ sahillərinə göndərdi

Rusiya və Çin bu həftə Alyaska sahillərinə dəniz qüvvələrini göndərib.

Bu, tarixdə ABŞ sahillərinə gələn ən böyük xarici hərbi donanma olub.

ABŞ rəsmilərinin məlumatına görə, Rusiya və Çinin 11 gəmisi Aleut adalarına yaxınlaşıb. Gəmilər Alyaska yaxınlığındakı bölgəni patrul edib və ABŞ-nin ərazi sularına daxil olmayıb.

“Bu, tarixdə bir ilkdir. Ukraynadakı müharibənin kontekstini və Tayvan ətrafındakı gərginliyi nəzərə alsaq, bu addım təxribat xarakterlidir”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Brent Sadler bildirib.

ABŞ Şimal Komandanlığının nümayəndəsi Rusiya Federasiyası və Çinin Alyaska sahillərində patrul apardığını təsdiqləyib, lakin gəmilərin sayını açıqlamayıb. O qeyd edib ki, insident təhdid kimi qiymətləndirilməyib.

Eyni zamanda, Alyaskadan olan senator Den Sallivan bildirib ki, Rusiya-Çin patrulu ABŞ-yə “avtoritar təcavüzün yeni dövrə” qədəm qoyduğunu xatırladır. ABŞ-dəki Rusiya və Çin səfirlikləri məsələ ilə bağlı mətbuatın sorğusuna cavab verməyib.

Mənbə: The Wall Street Journal