ReAL partiyasının yeni sədri Natiq Cəfərli oldu

Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

Bildirilib ki, partiya Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib. Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.

Xatırladaq ki, İlqar Məmmədov sentyabrın 11-də partiyanın sədri postundan istefa verib.