Ərdoğan Putinlə danışıb, dəstəyini ifadə edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı ölkəsinin Rusiyada baş verən hərbi qiyamla bağlı vəziyyətin sülh yolu ilə həlli üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Rusiyada baş verən son hadisələr müzakirə olunub.

Bundan əlavə, Prezident Ərdoğan bu vəziyyətdə sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini vurğulayıb.

***

Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

Rusiya mediası xəbər verir ki, Putin həmkarını ölkədə hərbi qiyam fonunda yaranmış vəziyyət barədə məlumatlandırıb.

Türkiyə lideri Rusiya rəhbərliyinin addımlarına tam dəstək verdiyini bildirib.