Qəzza zolağından neçə Azərbaycan vətəndaşı təxliyə ediləcək? - XİN-dən AÇIQLAMA

İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan toqquşmalarda indiyədək 8 azərbaycanlı həlak olub.

Stopnarkotik.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Ölənlər İsraildə yaşayan soydaşlarımız olub", - məlumatda deyilir.

Ayxan Hacızadə qeyd edib ki, Qəzza zolağından hazırda 8 Azərbaycan vətəndaşının təxliyəsi üzrə işlər gedir.

Xatırladaq ki, Qəzza zolağından "Rəfah" keçid məntəqəsi vasitəsilə əcnəbi vətəndaşların təxliyəsi aparılır.