Qobustanda avtomobil qəzası baş verib, bir nəfər ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 12.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.