Gürcüstanda psixotrop dərman alma qaydaları sərtləşir

1 apreldən etibarən Gürcüstanda psixotrop dərmanlar üçün resept qaydalarının sərtləşdirilməsi nəzərdə tutulub.

Stopnarkotik.az xəbər verir ki, yenilənmiş qaydalara əsasən, böyüklər reseptləri maksimum 14 gün, yetkinlik yaşına çatmayanlar isə 30 gün müddətinə ala biləcəklər. Yeni resepti yalnız xəstənin beş günlük dərman ehtiyatı qaldıqda almaq mümkün olacaq.

Ölkənin səhiyyə nazirliyi qeyd edir ki, qaydaların sərtləşdirilməsi aşkar edilmiş pozuntularla bağlıdır - bir sıra hallarda psixotrop dərmanlar kifayət qədər əsaslandırılmadan, həddindən artıq dozada və ya ixtisassız həkimlər tərəfindən təyin edilib. Buna görə on səhiyyə işçisi məsuliyyətə cəlb edilib.

Stopnarkotik.az