"Qisas" əməliyyatında öldürülmüş hərbçilərin meyiti Ermənistana aparıldı - LAÇIN POSTUNDAN VİDEO

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.

Stpopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət edib. Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.

Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib.

Qeyd edək ki, "Qisas-2" əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.