Bu gün Qırğızıstan Baş nazirinin müavini Edil Baysalov ölkəsini Rus dünyasının bir hissəsi adlandırıb.
"Bu kimlərinsə xoşuna gələ bilər, kimlərinsə xoşuna gəlməyə bilər... Biz məlumatı rus dilində istifadə edirik. Biz rus dilində düşünürük; biz rus ədəbiyyatı ilə tərbiyə olunmuşuq", deyə Edil Baisalov vurğulayıb.
Digər tərəfdən isə Qırğızıstanda yeni "Nomad" adlı televiziya kanalı fəaliyyətə başlayacaq. "Azadlıq radiosu" xəbər verir ki, kanal Rusiyanın RT kanalı ilə əlaqəlidir.
“Azadlıq radiosu”nun verdiyi məlumata görə, Rusiyayönlü gündəmi yayımlayacağı gözlənilən yeni platforma artıq ölkənin digər media qurumlarından aparıcı jurnalistləri cəlb edib.
Stopnarkotik.az
P.S. Qırğızıstanın TDT-nın üzv dövləti olduğunu diqqətə alsaq, ölkənin baş nazirinin bu açıqlamasına hansı prizmadan baxmaq olar - məgər qırğızların öz dilləri yoxdurmu? Ölkənin sovet şinelindən çıxdığı nəzərə alınsa, rus ədəbiyyatının təsirini danmaq olmaz, amma bu rus dilində düşünməyi yaxud məlumatı rus dilində istifadə etməyi gərəkdirmir. Sovet məkanı dağılalı neçə illər ötüb və əgər hələ ölkə sovet ənənəsini bu qədər kəskin hiss edirsə, baş nazir ölkəsini Rus dünyasının bir hissəsi adlandırırsa, durum ondan xəbər verir ki, qardaş ölkənin beyinləri milli kimliyə tam qayıda bilməyib. Yaxud bu sözlər Rusiya ilə ehtiyatlı davranmaq istəyini nümayiş etdirir...