Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "Qəbələ” - "Qarabağ” oyununda insident yaşanıb.
Görüşün ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilal Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb.
Ardınca baş hakim meydana daxil olduğuna görə "Qəbələ”nin köməkçi məşqçisi Rasim Ramaldanova birbaşa qırmızı vərəqə göstərib. Daha sonra ədalət təmsilçisi Medinanı meydandan qovub.
Etirazçılar arasına qoşulan Qurban Qurbanov da vərəqə ilə cəzalandırılıb.