Qazaxıstanın Kostanay şəhərində regionlararsı narkotik dövriyyəsini təşkil edən şəxs saxlanılıb. Narkokuryer cinayətkar fəaliyyəti ört-basdır etmək üçün vakuumla möhürlənmiş torbalardakı narkotikləri süd qablarındakı quru süd paketlərinin altında gizlədib.
Stopnarkotik.az Almaty.tv və Polisia.kz-ə istinadən xəbər verir ki, DİN nazirliyi ölkə daxilində narkotik maddələrin təmassız paylanması ilə məşğul olan onlayn apteklərin fəaliyyətinin müəyyən edilməsi və qarşısının alınmasına yönəlmiş "Qanun və Qayda" prinsipinin tətbiqi üzrə sistemli səylərini davam etdirir. Kostanayda aparılan istintaq əməliyyatları nəticəsində onlayn aptekin 25 yaşlı regionlararası kuryeri saxlanılıb. O narkotikin Qazaxıstanın bölgələri arasında satış məntəqələri şəbəkəsi vasitəsilə daha da paylanması üçün külli miqdarda narkotik daşıyırmış. Həbs zamanı şübhəlidən ümumilikdə 1,5 kq metanon və marixuana, yəni 10.000-dən çox birdəfəlik dozaya bərabər olan narkotik maddə müsadirə edilib. Polis cinayətkar sxemin təşkilatçılarını, narkotik təchizatı zəncirini və onlayn aptekin fəaliyyətində iştirak edən digər şəxsləri müəyyən edir. Qazaxıstanda onlayn apteklərin fəaliyyətində iştirak — təşkilatçı, qablaşdırıcı, narkotik satıcısı və ya kuryer olmasından asılı olmayaraq ağır cinayətdir və ömürlük həbsə qədər cəzalar nəzərdə tutur.
Stopnarkotik.az