Qax sakininə qarşı dələduzluq edilib.
Stopnarkotik.az xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən R.Kərimov saxlanılıb.
O, 2022-ci ildə Qax rayon sakini olan tanışına Bakı şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 3400 manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.