Qanun nümunəvi davranan məhbusa "azadlıq ayı" verəcək, hər həbs ili bir ay azalacaq

Qazaxıstan məhkum edilmiş məhbusların cəzalarının icrasına yanaşmasını dəyişir. Hakimiyyət orqanları müəyyən edilmiş prosedurlara əməl edənləri və qaydaları pozmayanları mükafatlandırmağı təklif edir.

Stopnarkotik.az ölkə saytlarına istinadla xəbər verir ki, Senat üzvləri müvafiq düzəlişləri nəzərdən keçirirlər.

Senatorlar Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə, Cinayət İcra Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri nəzərdən keçirirlər. Deputat Marat Kojayevin sözlərinə görə, düzəlişlər məcəllələrin yeni Konstitusiyaya uyğunlaşdırılmasına yönəlib. Qanun təsinfatları, məhkəmə icraatının prinsiplərini və bir neçə maddənin müddəalarını aydınlaşdırır.

"Dövlət başçısının məhkum edilmiş məhbusları qanun və qayda dəyərlərini qorumağa və cəmiyyətə yenidən inteqrasiya etməyə təşviq edən mütərəqqi yanaşmaların tətbiq edilməsinin zəruriliyi barədə göstərişlərinə uyğun olaraq, Cinayət Məcəlləsinə həbs müddətlərinin şərti olaraq azaldılmasını nəzərdə tutan yeni 73-1 maddəsi daxil edilir", deyə senator bildirib. Həbs cəzasının şərti olaraq azaldılması (adətən şərti olaraq azadlığa buraxılma adlanır), məhkəmə məhkum edilmiş şəxsin islah olunduğunu və artıq tam cəzasını çəkməyə ehtiyacı olmadığını müəyyən edərsə, məhkəmə tərəfindən təyin edilmiş cəza müddətinin bitməsindən əvvəl həbsxanadan azad edilməsinə imkan verən hüquqi mexanizmdir.

Yeni müddəalara əsasən, məhkum edilmiş şəxs bir il ərzində heç bir intizam tədbiri almayıbsa, məhkəmə qalan çəkilməmiş həbs müddətini şərti olaraq bir aya endirə bilər. Başqa sözlə, əgər minimal təhlükəsizlik qaydaları olan həbsxanadakı məhbus il ərzində heç bir intizam tədbiri ya cəzası almayıbsa, onun cəza müddətinin hər ili bir ay azaldılır. Məsələn, məhkum bir il ərzində imtizamı pozduğuna görə cəzalanmayıbsa və xəbərdarlıq almayıbsa, onun həbs müddəti 5 ildirsə, hər ilə 1 ay azalma edilir. Buna görə, parlamentdə belə dəyişiklik edilib ki, intizam qaydaları ən azı 12 ay pozulmamış olmalıdır. Qalan cəza müddəti hər il üçün şərti olaraq bir ay azaldılır. Əlavə olaraq, azyaşlı uşaqları olan qadınlar və subay atalar görüş və telefon hüquqlarını genişləndiriblər. Bu müddəa məhkumların cəmiyyətə yenidən inteqrasiyasına dair yeni mütərəqqi yanaşmalarda öz əksini tapıb. Qüsursuz davranışın hər ili üçün şərti olaraq bir ay azaldılmasının faydası yalnız aşağıdakılara şamil edilir-zorakılıq baxımından minimim təhlükə həddində cinayət törədənlər-bunlar səhlənkarlıq və ya qəsdən törədilmiş kiçik və orta ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin saxlandığı koloniyalardır(əvvəllər məhkum edilməyiblərsə). Qanunda bu düzəliş orta, maksimum və ya ekstremal  cinayət törədən şəxslərə və ya xüsusilə ağır cinayətlərdə (terrorizm, ekstremizm, pedofiliya) məhkum edilmiş şəxslərə, hətta mükəmməl davranış nümayiş etdirsələr belə, avtomatik olaraq tətbiq edilmir.

Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin yeni 73-1-ci maddəsinə əsasən toplanmış "azadlıq ayı" məhkum edilmiş şəxs həbsxana rejimini pozduqda, yeni cinayətlər törətdikdə, əsas hüquqi faktları gizlətdikdə ləğv edilə bilər. Qanuna görə, əsas seçim meyarı 12 ay ərzində pozuntuların mütləq olmamasıdır. Rəsmi olaraq qeydə alınmış hər hansı bir intizam tədbiri bu müddəti ləğv edir.

Buraya aşağıdakılar daxildir: Müəyyən edilmiş gündəlik rejimin pozulması, işləməkdən imtina, müəssisənin əmlakına ziyan vurma, narkotikdən maddələrdən istifadə, digər məhbuslar və ya işçilərlə münaqişələr və mobil telefon saxlama.

Əgər sadalanan pozuntu cari 12 aylıq dövrdə baş verərsə, həmin il "ləğv edilir". Növbəti azadlıq ayı hüququ üçün 12 aylıq geri sayım yalnız cəza rəsmi olaraq aradan qaldırıldıqdan və ya ləğv edildikdən sonra yenidən başlayacaq.

Məhkum edilmiş şəxs yenidən qəsdən cinayət törətdikdə və ya müəssisənin işini pozduqda (məsələn, iğtişaşda iştirak etdikdə), bütün toplanmış bonuslar məhkəmə tərəfindən avtomatik olaraq ləğv edilir və məhkəmə cəzanın şərti olaraq azaldılması barədə əvvəllər verilmiş qərarı ləğv edir. Köhnə cəzanın çəkilməmiş hissəsi yeni cəzaya məcmu cəza qaydalarına uyğun olaraq əlavə olunur. Məhkum edilmiş şəxsin zərərçəkmişlərin tələblərini ödəmək üçün maliyyə qabiliyyətinə malik olduğu (məsələn,  koloniyada işdən maaş almış və ya gizli gəlir əldə etmişsə), lakin qəsdən ödənişlərdən yayındığı sübut olunarsa. Məhbusun qazandığı pulu gizlətməsi faktları aşkar edildikdə, məhkəmə cəzanı azaltmaqdan imtina etmək və ya qərarı ləğv etmək hüququna malikdir. Əgər məhbus daha sərt təhlükəsizlik rejimi olan müəssisəyə köçürülərsə, onun qazandığı “azadlıq ayları” ləğv edilir. Dəyişiklik minimum təhlükəsizlik həbsxanalarında reabilitasiyaya tam sadiqlik nümayiş etdirən şəxsləri hədəf alır.

Dəyişikliklərin ayrı bir qismi məhkum qadınlara və azyaşlı uşaqların valideynlərinə aiddir. Cinayət İcra Məcəlləsi orta və maksimum təhlükəsizlik qaydaları olan həbsxanalarda cəza qadınların hüquqlarını müəyyən etməyi və dəqiqləşdirməyi təklif edir. Kojayevin sözlərinə görə, bu müddəalar onların saxlanma şəraitini yaxşılaşdırmağa yönəlib.

Qeyd edək ki, həbsxanalar sakinlərinin təhlükəlilik səviyyəsinə görə kateqoriyalara bölünür. Belə ki, az təhlükəli cinayət törədənlər minimim təhlükəsizlik qaydaları olan, orta və ağır təhlükəli cinayət törədən məhbusların saxlandığı həbsxanalar orta və maksimum təhlükəli kateqoriyalı həbsxanalar sayılır.  

Dəyişikliklər həmçinin azyaşlı uşağı olan məhkum qadınlara və azyaşlı uşağın tək valideynləri olan və az təhlükəsizli cinayət törədən kişilərə də şamil edilir. Qanunun qəbul edilməsi ilə belə məhkumlar ildə iki dəfə azyaşlı uşaqlarla qısamüddətli görüşlər üçün minimum təhlükəsizlik qaydaları olan həbsxanaları tərk edə biləcəklər.

Stopnarkotik.az