Qalantdan KRİTİK AÇIQLAMA: "Bu gecə Qəzzada..."

"İsrail müharibənin növbəti mərhələsinə keçdi, Qəzzada əməliyyat davam edəcək".

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Yoav Qalant deyib.

O bildirib ki, İsrail ordusu Qəzza zolağında bir gecədə başlayan və HƏMAS-ın tunellərini və digər infrastrukturlarını, həmçinin islamçı hərəkatın liderlərini məhv etmək məqsədi daşıyan əməliyyatı davam etdirəcək.

"Bu gecə Qəzzada yer silkələndi. İsrail ordusu Qəzza zolağında əməliyyatın birinci mərhələsini tamamlayıb və növbəti əmrlərə qədər davam edəcək yeni mərhələnin icrasına başlayıb. Biz yerüstü və yeraltı hücumlar etdik, bütün səviyyələrdə və hər yerdə terrorçulara hücum etdik. Ordu üçün göstərişlər aydındır: Yeni sərəncam olana qədər hərəkat davam edəcək", - nazir bildirib.