Qadın alverində adı keçən "bərdəli Aytəkin" yenidən hakim qarşısında

Qadınları aldadaraq fahişəliyə cəlb etməkdə təqsirli bilinən Aytəkin Quliyeva Ali Məhkəməyə şikayət edib.

Onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Bərdə rayonu sakini Quliyeva Aytəkin Vaqif qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Samsun şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən, Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib./olke.az