Sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin 95-ci hava hücumu briqadasının rus hərbçilərin mühasirəsində qalan ukraynalı bir əsgəri necə xilas etdiklərinə dair video yayımlanıb.
Əməliyyatın təfərrüatlarıyla bağlı məlumat verən ukraynalı hərbçi həmin gün rus ordusunun nəzarətində olan bölgədə müxtəlif tapşırıqlar icra etdiyini və bu zaman səngərdə rusların mühasirəsində qalan ukraynalı bir hərbçi gördüyünü deyib.
"Bizim "Kevin" (ad şərtidir-red.) adlı pilotsuz təyyarə operatorumuz əvvəlcə yanıb-sönən çağırış işarələri ilə ukraynalı hərbçinin diqqətini çəkməyə başladı. Hərbçimiz dronun Ukrayna ordusuna məxsus olduğunu anladı və onu izləməyə başladı. Həmin vaxt yolda sağ qalan bir rus hərbçi ilə də rastlaşdıq. “Kevin” dronla həmin hərbçinin üzərinə qumbara ataraq onu zərərsizləşdirdi. Sonra isə qardaşımızı həmin ərazidən çıxarmağı bacardıq",-deyə məlumatda bildirilir.
Həmin videonu təqdim edirik: