PTX mayorunun ölüm səbəbi məlum oldu

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) zabiti, mayor Erkin Ələkbərovun ölüm səbəbi məlum olub. 

Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan vəfat edib. 

Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. 

Onun 5 yaşında qızı və 1 yaşında oğlu var. 

Qeyd edək ki, Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.

  • PTX mayorunun ölüm səbəbi məlum oldu
  • PTX mayorunun ölüm səbəbi məlum oldu