Prokurorluq Şəmkirdəki qətllə bağlı AÇIQLAMA YAYDI

Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Stopnarkotik.az