Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR / YENİLƏNİB

Ağdamda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatın itirib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, qəza nəticəsidə nümayəndəliyin digər əməkdaşı Fərzəliyev Rafət isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralı Bərdə diaqnostika mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***19:34

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun işğaldan azad edilmiş Mərzili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, qəzada bir nəfər ölüb, bir nəfər xəsarət alıb.