Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
*** 17:12
N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.
Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.