Polis qaydaları pozan sürücü ilə bağlı müvafiq tədbir görüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib.
"İstifadəsində olan "BMW" markalı avtomobili təhlükəsizlik kəməri taxmadan, eləcə də sükandan əllərini çəkərək idarə edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan vətəndaş Sahil Dövlətov Baş DYP İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılmış və törətdiyi inzibati xətalara görə barəsində qanunamüvafiq tədbirlər görülmüşdür", - deyə R.Tağıyev bildirib.
Qeyd edək ki, Sahil Dövlətov bir müddət öncə sosial şəbəkədə yayılan video ilə məşhurlaşmışdı. O, əslən Masallı rayonu Həsənli kəndindən olan “Milli hörümçək adam” ləqəbi ilə tanınır.